[b] “Qəbələ” üçün ilk şans[/b]
15.07.2016 - 16:38
[b] “Qəbələ” üçün ilk şans[/b]

Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ” – MTK cütünün rəqibi olan “Lill” Azərbaycan təmsilçisi ilə görüşəcək 4-cü Fransa klubu ola bilər. Apasport.az saytının məlumatına görə, bunun üçün Roman Qriqorçukun baş məşqçisi olduğu əyalət təmsilçisi səfərdə 2:1 hesabı ilə yendiyi rəqibini keçməlidi.

 

Əgər bu baş versə, “qırmızı-qaralar” ilkə imza atmaq imkanı qazanacaq. İndiyədək heç bir Azərbaycan klubu Fransa təmsilçisinə qalib gəlmədiyindən ilki reallaşdırmaq cəhdi “Qəbələ”nin üzərinə düşəcək.

 

Avrokuboklar tarixində 1 dəfə dueldə, 2 dəfə qrupda üz-üzə gəldiyimiz fransalılarla 6 matçda 3 heç-heçə edən klublarımız 3 dəfə uduzub.

 

Maraqlıdı ki, bu ölkə komandaları ilə yalnız “Qarabağ” qarşılaşıb. Ağdam klubu 1999/2000 mövsümündə İntertoto kubokunda “Monpelye” tərəfindən acınacaqlı məğlubiyyətlərə məruz qalıb - 0:3, 0:6. 2014/15 mövsümündə Avropa Liqasının qrupunda “Sent-Etyen”ə uduzmayan “Qarabağ” 2 heç-heçə ilə kifayətlənib - 0:0, 1:1. Ötən il isə təmsilçimiz eyni turnirin qrupunda “Monako”dan 1 xal alıb – 0:1, 1:1.

0