[b]Almanlar “Qəbələ” – “Borussiya” matçının harada keçiriləcəyindən xəbərsizdi [/b]
20.10.2015 - 10:03
[b]Almanlar  “Qəbələ” – “Borussiya” matçının harada keçiriləcəyindən xəbərsizdi [/b]

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ” 2 gün sonra Dortmund “Borussiya”sını qəbul edəcək. Apasport.az saytı xəbər verir ki, oyunöncəsi Almaniya mətbuatında Qəbələ və şəhərin eyniadlı komandası haqda yazı dərc olunub.

 

90min.com/de saytında nəşr olunan “Qəbələyə getməyin 5 səbəbi” sərlövhəli yazıda maraqlı məqamlar öz əksini tapıb. Hiss olunur ki, həmkarlarımız oyunun Bakıda keçiriləcəyindən xəbərsizdilər.

 

 

Cəmi 3 avro

 

“İlk diqqət cəlb edən məqam biletlərin qiymətinin ucuz olmasıdı. Son vaxtlar Almaniyada biletlərin qiyməti bahalaşdığı halda, Azərbaycanda vəziyyət fərqlidi. “Qəbələ” – “Borussiya” matçını izləmək üçün azarkeşlər cəmi 3 avrolarından keçməlidilər. Lakin səfər və yaşayış xərcləri heç də ucuz qiymətə başa gəlmir. Bunu insanların üzündəki təbəssümdən anlamaq olar”.

 

 

“Qəbələ” şəhər və kənd həyatını özündə birləşdirir”

 

“Qəbələ Avropanın nadir şəhərlərindəndi ki, Uzaq Şərqin ərazisində yerləşir. “Borussiya”nın “Qəbələ” ilə oyununu izləmək istəyənlər uzun yol qət etməlidi. Yəni onları ayrı dünyaya səyahət gözləyir. Qəbələ şəhərinin əsası 1995-ci ildə qoyulub. Bu o deməkdi ki, müasir şəhərdi. Bununla yanaşı, Qəbələ kənd həyatını, qədim mühiti də özündə birləşdirir. Burda muzeylər və IV əsrə aid olan tarixi yerlər çoxdu”.

 

 

“Operatorların işi çətinləşəcək”

 

“Qəbələdəki stadionun tutumu 8 mindi. Orda yalnız bu qədər azarkeş yerləşdirmək mümkündü. Nəzərə alsaq ki, “Borussiya”nın çoxlu fanatının Azərbaycana səfəri gözlənilir, deməli, operatorların oyunu çəkmək işi çətinləşəcək”.

 

 

“Bu, çox şeydən xəbər verir”

 

“Qəbələ” beynəlxalq arenada çıxış edir. Bunun özü çox şeydən xəbər verir. İstənilən halda, yeni ölkəyə səfər etmək həmişə maraqlı olur. Odu ki, Qəbələ səfəri almanlar üçün əsl macəra olacaq”. 

 

 

 

0