[b] “Tottenhem”in hücumçusuna 50 milyonluq təklif[/b]
30.10.2015 - 17:13
[b] “Tottenhem”in hücumçusuna 50 milyonluq təklif[/b]

Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Tottenhem” aparıcı futbolçusu Harri Keynlə vidalaşa bilər. Apasport.az saytı “The Sun” nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı hücumçu ilə “Mançester Yunayted” yaxından maraqlanır.

 

“Mankunianlar” Keyni yanvarda heyətlərinə qatmaq arzusundadılar. Mançester təmsilçisi keçidin baş tutması üçün 50 milyon avrosundan keçməyə hazırdı. Hələlik qarşı tərəf bu təklifə cavab verməyib.

 

Avroliqada “Qarabağ”la Londonda keçirilmiş matçda meydana sonradan daxil olan Keyn qol vura bilməsə də, komandası 3:1 hesablı qələbəyə sevinmişdi.

 

Qeyd edək ki, “Tottenhem”in yetirməsi olan Keyn bu ildən İngitərə yığmasına da çağırılır.

 

0