“Alfred Sankonun “İnter”lə oyundan öncə zədəsi var idi. Lakin o, həmin matçda 90 dəqiqə meydanda oldu. Milli komandanın heyətinə də zədəli halda qoşulmuşdu. Orada bir matçda meydanda oldu, digərində oynaya bilmədi. Bu gün artıq Bakıya qayıdır”. Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin deyib.
Türkiyəli mütəxəssis komandanın syerra-leoneli yarımmüdafiəçisi Alfred Sankonun zədəsindən danışıb. O bildirib ki, afrikalı futbolçu “Neftçi” ilə oyunda meydana çıxa biləcək: “Hazırda isə onun zədəsi o qədər də ciddi deyil. Yenə də Bakıya gəldikdən sonra özü ilə danışacağıq. Onunla əlaqə saxladıq və özü bizə dedi ki, elə də ciddi bir problem yoxdur. “Neftçi” ilə oyunda meydana çıxa biləcək durumdadır. Komandanın düşərgəsinə qoşulduqdan sonra zədəsi haqqında dəqiq məlumatımız olacaq. Ondan başqa heyətdə bir problem yoxdur. Digər futbolçular hamısı matça hazırdır”.