[b]“Almaniya ilə oyun Azərbaycanla matçdan asan idi”[/b]
30.03.2016 - 09:30
[b]“Almaniya ilə oyun Azərbaycanla matçdan asan idi”[/b]

“Məğlub olduğumuza görə məyusuq. Buraxdığımız ilk qola qədər yaxşı oynadıq. Baş məşqçi oyundan sonra hamımıza təşəkkürünü bildirdi. Axı meydanda hər kəs əlindən gələni etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının üzvü Dmitri Barinov deyib.

 

AVRO-2017-nin seçmə mərhələsində yığmamızla eyni qrupda mübarizə aparan ruslar dünən Almaniya ilə qarşılaşıblar. Matç almanların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Oyundan sonra ölkəsinin mətbuatına danışan Barinov maraqlı fikirlər səsləndirib. Rusiya yığmasının yarımmüdafiəçisi Azərbaycan və Almaniya millilərini müqayisə edib: “Əslində, Azərbaycan kimi komandalarla oynamaq daha ağırdı. Rəqib açıq futbol nümayiş etdirəndə və sənə oynamaq imkanı verəndə işin asanlaşır. Bu mənada, Almaniya ilə oyun Azərbaycanla matçdan asan idi. Sadəcə, əldə etdiyimiz qol imkanlarından istifadə etmək və qələbə qazanmağa çalışmaq lazım idi. Biz isə bunu bacarmadıq”.