[b]“Anderlext”in baş məşqçisi narahatdı[/b]
09.12.2015 - 16:33
[b]“Anderlext”in baş məşqçisi narahatdı[/b]

“Anderlext”in mərkəz yarımmüdafiəçisi Stiven Defurun yoxluğu məşqçilər korpusunu narahat edir. Apasport.az saytının Belçika mətbuatına istinadən məlumatına görə, baş məşqçi Besnik Hasi sarı vərəqə limitini dolduran futbolçunun yerində kimi oynadacağına qərar verməkdə çətinlik çəkir.

 

Bununla bağlı yerli mətbuata danışan Hasi orta sahədə oynatmağa iki namizədlərinin olduğunu bildirib: “Defurun yoxluğu bizim üçün ciddi problemdi. Ümid edirəm ki, Leander Dendonker matça qədər tam hazır olacaq. Qiyom Jille “Genk”lə son çempionat oyununda müdafiənin sağ cinahında əla təsir bağışladı. Lakin Dendonkeri “Qarabağ”la görüşə yetişdirmək mümkün olmasa, o zaman məcburiyyətdən Jilleni yarımmüdafiəyə çəkəcəyik”.

 

Qeyd edək ki, sabah “Konstant Vanden Stok” stadionunda keçiriləcək “Anderlext” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.