[b]“Araz” oyunu xilas edə bilərdi”[/b]
20.11.2014 - 09:28
[b]“Araz” oyunu xilas edə bilərdi”[/b]

“Meydan sahibləri ilə oyunda çox qüvvə sərf etmişdik. Çexiya “Xrudim”i üzərində qələbə bizə asan gəlmədi. “Araz”la görüş isə “Dördlər finalı”na vəsiqə baxımından vacib idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Dina” klubunun baş məşqçisi Andrey Yudin deyib.

 

Təcrübəli mütəxəssis Azərbaycan çempionu “Araz” üzərində 5:4 hesablı qələbəyə şərh verib: “Rəqibimiz ilk oyunda bütün gücünü göstərə bilməmişdi. İlk yarıda hesabda önə keçmək vəzifəsinin öhdəsindən gələ bildik. Mən də 1-ci hissədəki oyunumuzdan razıyam. Fasilədən sonra isə gözlənildiyi kimi rəqib daha çox hücum etdi. Onlar 5 oyunçu ilə mübarizə aparırdılar. İki oyunumuzu müqayisə etsək, çexiyalılar bizə bu qədər çətinlik yarada bilməmişdi. “Araz” isə daha çox hücum edir, kəskin epizodlar yaradırdı. Onlar hətta oyunu da xilas edə bilərdi. Oyunun sonluğundan narazı qaldım. Sanki gücümüz çatmadı. Futzalçılarımız yorğun idi, epizodlardan istifadə edə bilmirdi. Əsas odu ki, qalib gələ bildik. Indi növbəti matça hazırlaşacağıq”.

 

Qeyd edək ki, “Dina” 6 xalla B qrupunun lideridi.