[b]“Araz Abdullayevin etirazı ilə bağlı ciddi tədbir görəcəyik”[/b]
17.10.2014 - 17:32
[b]“Araz Abdullayevin etirazı ilə bağlı ciddi tədbir görəcəyik”[/b]

“Oyundan öncə futbolçularla söhbət etmişdik. Oyuna yaxşı köklənməli idik. Çünki “Sumqayıt” ötən il “Neftçi”dən xeyli xal almışdı”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının VIII turu çərçivəsində “Sumqayıt”la oyundan sonra deyib.

 

O, 1:0 hesabı ilə qalib gəldikləri görüşdə Araz Abdullayevin əvəzlənərkən etiraz etməsinə də münasibət bildirib: “Futbolçulara demişdim ki, rəqibi saymaq lazımdır. “Sumqayıt” ikinci hissədə  təzyiqi artırdı. Amma biz dəyişikliklər edib, matçı yenə nəzarətə götürdük. Flavinyo zədədən yeni qayıdıb. Biz oyundan öncə də bilirdik ki, o ancaq bir hissə oynayacaq. Araz Abdullayevin əvəzlənməsinə etiraz etməsinə gəlincə, futbolda belə hallar olur. Amma biz məsələ ilə bağlı ciddi tədbir görəcəyik”.  

0