[b]“Arsenal” 34 il öncəyə “qayıtdı”[/b]
10.05.2018 - 11:57
İngiltərə Premyer Liqasının XXXVII turu çərçivəsində “Lester”lə qarşılaşan “Arsenal” görüşdən 1:3 hesabı ilə məğlub ayrılıb. Apasport.az saytının məlumatına görə, beləliklə, “topçular”ın cari mövsümdə çempionatda buraxdığı qolların sayı 51-ə çatıb.
Bu, ilk “yeddilik”də qərarlaşan komandalar arasında ən bərbad göstəricidi.
“Arsenal” sonuncu dəfə 1983-84 mövsümündə qapısında 50 və 50-dən çox qol görmüşdü – 60. O zaman London klubu çempionatı 6-cı pillədə bitirmişdi.
0
0