“Frayburq”un müdafiəçisi Çağlar Söyüncü karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, türk futbolçu “Arsenal”a transfer olmağa yaxındı.
“Altınordu” klubunun prezidenti Seyit Mehmet Özkan Beynəlxalq Futbol İqtisadiyyatı forumunda bu barədə danışıb: “Keçən mövsümün əvvəlində “Frayburq”a satdığımız Çağlar Söyüncü “Arsenal”a transfer olmaq üzrədi. O transferdən də gəlir əldə edəcəyik. “Arsenal” bizdən Çağların göstəricilərini istəyib. Artıq onunla bağlı bütün detalları hazırlamışıq. Dünyəvi olmayan biri milliyətçi də ola bilməz”.
Qeyd edək ki, 2016-cı ildə “Altınordu”nu “Frayburq”a dəyişən Çağlar Söyüncü həm də Türkiyə millisinin üzvüdü.