[b]“Atletiko” “Barselona” önünə itki ilə çıxır[/b]
05.04.2016 - 17:36
[b]“Atletiko” “Barselona” önünə itki ilə çıxır[/b]

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün “Barselona” ilə qarşılaşacaq “Atletiko” oyuna itki ilə çıxacaq. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid təmsilçisi Stefan Saviçin xidmətindən yararlana bilməyəcək.

 

Belə ki, çernoqoriyalı müdafiəçi əzələsi dartıldığına görə bugünkü qarşılaşmanı buraxacaq. Onunla yanaşı, daha bir mərkəz müdafiəçisi Xose Ximenes də “Atletiko”ya kömək edə bilməyəcək.

 

Belə olan halda, baş məşqçi Dieqo Simeonenin müdafiənin mərkəzində Dieqo Qodinlə birlikdə 20 yaşlı Lukas Ernandesə şans verəcəyi gözlənilir.

 

Qeyd edək ki, “Nou Kamp”da keçiriləcək “Barselona” – “Atletiko” matçı Bakı vaxtı ilə 22:45-də start götürəcək.

 

0