[b]“Atletiko” “Bavariya”nı keçdi, Azərbaycan klubları mövqeyini qorudu[/b]
27.04.2018 - 10:11
[b]“Atletiko” “Bavariya”nı keçdi, Azərbaycan klubları mövqeyini qorudu[/b]

Avrokubokların 1/2 final mərhələsinin ilk oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda qitənin 442 komandası yer alıb.

 

Bu həftə Çempionlar Liqası və Avropa Liqasında keçirilən 4 qarşılaşma cədvəldə cüzi dəyişikliklərə səbəb olub. İlk “onluq”da yalnız bir yerdəyişmə qeydə alınıb. “Bavariya” ilə eyni xala malik olan İspaniya “Atletiko”su almaniyalıları arxada qoymağa müvəffəq olub. Buna səbəb “Bavariya”nın “Real”a 1:2 hesabı ilə uduzması, “Atletiko”nun isə “Arsenal”la bərabərə qalmasıdı – 1:1.

 

Azərbaycan təmsilçiləri də mövqelərini qoruyub. Ən yaxşı nəticəyə malik təmsilçimiz “Qarabağ” 73-cü pillədə qalıb. Qurban Qurbanovun yetirmələri son 5 mövsümün nəticəsində 20,500 xala malikdi. Ağdam klubu BATE (Belarus) və “Yanq Boyz”la (İsveçrə) eyni pilləyə şərikdi.

 

Digər klublarımızdan “Qəbələ” 5,250 xalla 191-ci, “Neftçi, “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3,825 xalla 244-cü yerə şərikdi.

 

İlk “onluq”

1. “Real” (İspaniya) – 158,000

2. “Atletiko” (İspaniya) – 135,000

3. “Bavariya” (Almaniya) – 134,000

4. “Barselona” (İspaniya) – 132,000

5. “Yuventus” (İtaliya) – 126,000

6. “Sevilya” (İspaniya) – 113,000

7. PSJ (Fransa) – 109,000

8. “Mançester Siti” (İngiltərə) – 100,000

9. “Arsenal” (İngiltərə) – 93,000

10. “Borussiya” (Dortmund, Almaniya) – 89,000

 

“Qarabağ” və qonşuları

66. “Lester” (İngiltərə) – 22,000

67. “Astana” (Qazaxıstan) – 21,750

68-69. “Feyenoord” (Hollandiya) – 21,500

“Rapid” (Vyana, Avstriya) – 21,500

70-72. “Selta” (İspaniya) - 21,142

“Real Sosyedad” (İspaniya) - 21,142

“Betis” (İspaniya) - 21,142

73-75. “Qarabağ” (Azərbaycan) – 20,500

“Yanq Boyz” (İsveçrə) – 20,500

BATE (Belarus) – 20,500

76. “Trabzonspor” (Türkiyə)– 18,000

77. “Dinamo” (Xorvatiya) – 17,500

78-81. “Leypsiq” (Almaniya) – 17,000

“Partizan” (Serbiya) – 17,000

“Everton” (İngiltərə) – 17,000

“Slovan” (Çexiya) – 17,000

 

Digər Azərbaycan klubları

191. “Qəbələ” – 5,250

244-256. “Neftçi” - 3,825

“Keşlə” - 3,825

“Zirə” - 3,825

“Kəpəz” - 3,825

“Xəzər Lənkəran” - 3,825

0