[b]“Atletiko”nun iştirak ərizəsi açıqlandı: 3 futbolçu oynamayacaq[/b]
31.10.2017 - 00:03
[b]“Atletiko”nun iştirak ərizəsi açıqlandı: 3 futbolçu oynamayacaq[/b]

Çempionlar Liqasının qrup mərhələsində təmsilçimiz “Qarabağ”la qarşılaşacaq “Atletiko”nun iştirak ərizəsi açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Dieqo Simeone çempionumuza qarşı oyun üşün siyahıya 19 oyunçunun adını daxil edib.

 

Zədəli olan Karrasko, Koke və Verner bu qarşılaşmada iştirak etməyəcəklər. Ötən oyunda meydanda olan fransalı hücumçu Kevin Qameyro da baş məşqçinin qərarı ilə heyətə daxil edilməyib. 

 

Qapıçılar: 1. Migel Anxel Moya, 13. Yan Oblak

 

Müdafiəçilər: 2. Dieqo Qodin, 3. Filipe Luis, 15. Stefan Saviç, 16. Şimo Vrsaliko, 19. Lukas Hernandez, 20. Xuanfran, 24. Xose Mariya Ximenes

 

Yarımmüdafiəçilər: 5. Tomas Parte, 8. Saul Niges, 12. Avqusto Fernandez, 22. Nikolas Qaytan, 14. Qabi

 

Hücumçular: 7. Antuan Qrizman, 9. Fernando Torres, 11. Anxel Korrea, 17. Lusiano Vietto

 

Qeyd edək ki, görüş bu gün saat 23:45-də start götürəcək.