[b]“Ayntraxt” rəsmisi: Emil Balayevə güvənirik[/b]
12.05.2015 - 08:52
[b]“Ayntraxt” rəsmisi: Emil Balayevə güvənirik[/b]

“Ayntraxt”da kimlərin qalacağı böyük ölçüdə dəqiqləşib”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun meneceri Bruno Hübner deyib.

 

Frankfurt təmsilçisini növbəti mövsümdə də hazırkı baş məşqçi Tomas Şaafın çalışdıracağı dəqiqləşib. Təcrübəli mütəxəssis indiki heyətin əksər üzvlərini komandada saxlamaq niyyətindədi.

 

Bununla bağlı danışan Hübner qapıçı axtarışında olduqlarını deyib. O, söhbət əsnasında “Ayntraxt”ın azərbaycanlı futbolçusu Emil Balayev haqda da fikirlərini bölüşüb: “Təbii ki, yeni transferlər olacaq. Komandanın kapitanı Kevin Trapp və Emil Balayevə güvənirik. Hər ikisinin komandada qalacağını söyləyə bilərəm. Qapıçı axtarışındayıq. “Ayntraxt”dan gedəcək Feliks Vidvaldın yerinə yeni oyunçu gətirəcəyik”.

 

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Emil Balayev “Ayntraxt”a bu ilin əvvəlində keçib.