[b]“Azərbaycan futbolu tam fərqlidi” - Fakundo Pereyra[/b]
06.01.2016 - 10:31
[b]“Azərbaycan futbolu tam fərqlidi” - Fakundo Pereyra[/b]

“Azərbaycanda əmin-amanlıq hökm sürür. Burada əsasən müsəlmanlar yaşayır. Onlar münasibətə çox açıqdırlar və mənə çox yaxşı yanaşırdılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin sabiq futbolçusu Fakundo Pereyra deyib.

 

Argentinalı yarımmüdafiəçi bir neçə gün əvvəl vətənində “Rasinq”lə anlaşıb.

 

Yeni klubunun üzvü kimi müsahibə verən Fakundo yarım mövsümlük Azərbaycan karyerasından da danışıb: “Azərbaycan futbolu tam fərqlidi. Bu ölkədə qısa müddət çıxış etsəm də, məndə müəyyən fikir formalaşıb. Çünki bu müddətdə kifayət qədər oynamaq şansı qazandım və inkişaf etdim. Azərbaycan bu idman növü bizdəki kimi deyil. İnsanlar daim futbol haqda düşünmür, bu idman növü mədəniyyətin bir hissəsinə çevrilməyib. Məsələn, Yunanıstanda belə deyildi. Orada bizim Argentinada olduğu kimi azarkeşlər ehtiraslı idilər. Daim komandanın yanında olurdular. Həm ev, həm səfər matçlarında onları yanımızda hiss edirdik. Lakin müəyyən zaman keçdikdən sonra Azərbaycanda da futbol bu səviyyədə olacaq”.

 

Qeyd edək ki, Fakundo “Qəbələ”də keçirdiyi 20 matçda 5 qol vurub.

 

0