“Dizimdəki zədə ucbatından iki həftə komandadan kənarda qaldım. Lakin tez bərpa olundum və artıq özümü yaxşı hiss edirəm”. Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstan yığmasının qapıçısı Nenad Eriç deyib.
Qazaxıstanlılar iyunun 5-də Azərbaycanla keçirəcəkləri yoldaşlıq görüşünə hazırlığı davam etdirir. Qarşılaşma barədə yerli mətbuata fikirlərini bildirən Eriç bu matçın onların xeyrinə olacağını düşünür.
“Astana”nın qolkiperi bunu Millətlər Liqasına hazırlığın bir mərhələsi hesab edir: “Azərbaycan yaxşı komandadı, keyfiyyətli futbol nümayiş etdirir. Bir sözlə, bizi olduqca maraqlı oyun gözləyir. Əlbəttə ki, bu oyun bizim üçün olduqca önəmlidi. Xüsusən də, Millətlər Liqasına hazırlıq baxımından qarşıdakı görüşə ciddi yanaşırıq”.
Qeyd edək ki, Qazaxıstan – Azərbaycan qarşılaşması Astanada keçiriləcək.