[b]“Azərbaycan millisi ancaq müdafiə haqda fikirləşirdi”[/b] - FOTO
11.10.2014 - 10:45
[b]“Azərbaycan millisi ancaq müdafiə haqda fikirləşirdi”[/b] - FOTO

“Mənə əsas heyətdə şans verdiyi üçün baş məşqçimizə təşəkkür edirəm. Azərbaycana qarşı yaxşı oynadığımı düşünürəm”. Apasport.az xəbər verir ki, bu sözləri İtaliya millisinin hücumçusu Çiro İmmobile deyib.

 

O, dünən AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan üzərində qazandıqları 2:1 hesablı qələbəni şərh edib: “Bizim yaxşı komandamız var. Oyun da göstərdi ki, istənilən rəqibə qalib gələ bilərik. Azərbaycan millisi ancaq müdafiə haqda düşünürdü. Amma yenə də qələbə qazandıq. İstənilən halda, oyun bizim böyük üstünlüyümüz şəraitində keçdi. Topa çox nəzarət edirdik, hücumlar qururduq. Belə davam etsək, hər şey yaxşı sonluqla bitəcək”.

 

İmmobile azarkeşlərə də təşəkkür edib: “Onlar stadionda möhtəşəm ab-hava yaratmışdılar. Həmişə belə olmalarını arzu edirəm. Bizə inansalar, dəstəkləsələr, onları sevindirəcəyik”.

 

0