[b]“Azərbaycan millisi çox güclü rəqibdi”[/b]
11.06.2015 - 08:07
[b]“Azərbaycan millisi çox güclü rəqibdi”[/b]

“Pley-off mərhələsinin püşkündə bəxtimiz gətirmədi. Elə komanda ilə düşdük ki, bu yığma ilə bağlı mənfi xatirələrimiz var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Slovakiya Futzal Federasiyasının prezidenti Duşan Dobşovik deyib.

 

O, Avropa çempionatının pley-off mərhələsinin püşkünü dəyərləndirib. Qurum rəhbəri Slovakiyanın bu mərhələdə Azərbaycan yığmasına rəqib olmasına üzüldüyünü gizlətməyib: “Azərbaycan millisi 2013-cü ilin martında Bratislavada bizi məğlub etmişdi. Bu komanda çox güclü rəqibdi. Heyətində milliləşən braziliyalılar var. Belə oyunçuları əldə etmək üçün də güclü maliyyə şərtləri lazımdı. Amma əminəm ki, bütün bu amillərə baxmayaraq, uğurlu nəticə ilə təəccübləndirməyi bacaracağıq”.