[b]“Azərbaycan millisi əks-hücumlara ümid edəcək”[/b]
13.10.2015 - 11:36
[b]“Azərbaycan millisi əks-hücumlara ümid edəcək”[/b]

“Azərbaycan yığması Avstriyaya 0:7 hesabı ilə uduzub. Düşünürəm ki, bu nəticə onların bizimlə oyununa da təsir edə bilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Finlandiyanın U-21 yığmasının baş məşqçisi Tommi Kautosen deyib.

 

Skandinaviyalı mütəxəssis AVRO-2017-nin seçmə mərhələsinin bu gün Bakıda keçiriləcək qarşılaşması haqda fikirlərini açıqlayıb.

 

Kautosen Almaniyaya 0:4 hesabı ilə uduzan yetirmələrinin Avstriyada daha ağır yenilgi (0:7) alan millimizlə matçda 3 xal qazanmaq iddiasında olduğunu bildirib: “Rəqibimiz doğma azarkeşləri önündə uğurlu nəticə qazanmağa çalışacaq. Buna baxmayaraq, Azərbaycan millisinin müdafiəyə meylli oyun planına üstünlük verəcəyini gözləyirəm. Onlar əsasən əks-hücumlara ümid edəcək. Bu üzdən də biz güclü müdafiə səddini yarmalıyıq. Hücumda effektli çıxış edib, istəyimizə çatmağa çalışacağıq. Bunun üçün Almaniya ilə görüşdəkindən daha yaxşı oynamalıyıq. Səfərdən 3 xalla qayıtmağımızın açarı isə hücumdakı oyunumuzdan asılıdı”.

 

Qeyd edək ki, bu gün “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Finlandiya oyunu saat 19:00-da başlayacaq.

 

 

 

0