“Martin Edeqor gəldi və sonunda Norveç qrupda uğur əldə etdi. O, Azərbaycana qarşı üstün tərəfimiz ola bilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri norveçli futbol eksperti Tore Strand deyib.
Ötən gün AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində millimizin rəqibi olan Norveç yığması yoldaşlıq görüşü keçirib. Skandinaviya təmsilçisi Estoniya ilə qarşılaşıb və rəqibinə 0:1 hesabı ilə uduzub.
Matçdan sonra Strand ölkəsinin yığma komandasının çıxışını dəyərləndirib: “Edeqor komandanın ən yaradıcı hücum qüvvəsi kimi mübarizə aparır. Mats Möller Deli “Kardiff”də oynayır. O da özünü yaxşı tərəfdən göstərir və pis də çıxış etmir. Norveçin heyətində mübarizə aparacaq tək, fərdi futbolçu yoxdur. Azərbaycan müdafiə futbolu oynayır. Komandamız zəfər əldə etmək üçün 90 dəqiqə ərzində hücum etməlidi. Orta xətti möhkəm tutmaq lazımdır. Azərbaycan böyük futbol ölkəsi deyil. Onlar AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində səfərdə Xorvatiyaya 6:0 hesabı ilə uduzdu”.
Qeyd edək ki, Azərbaycan - Norveç matçı noyabrın 16-da saat 21:00-da "Baksel Arena"da baş tutacaq.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı