[b]“Azərbaycana qarşı bizi ağır oyun gözləyir”[/b]
11.06.2015 - 19:35
[b]“Azərbaycana qarşı bizi ağır oyun gözləyir”[/b]

"Bizi ağır oyun gözləyir. Azərbaycan yığması ciddi rəqibdi. Topa yaxşı nəzarət edir". Apasport.az saytının məlumatına görə, bu sözləri Norveç yığmasının qapıçısı Oryan Niland deyib.

 

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveç sabah millimizi qəbul edəcək. Matçla bağlı fikirlərini bölüşən qolkiper bunları əlavə edib: "Çətin oyun olsa da, matça yaxşı hazırlaşmışıq. Azarkeşlərimizi sevindirməyə çalışacağıq".