[b]“Azərbaycan üzərində qələbə müsbət emosiyalar verdi”[/b]
29.03.2018 - 11:09
[b]“Azərbaycan üzərində qələbə müsbət emosiyalar verdi”[/b]

“Ümid edirəm ki, Millətlər Liqasının startına qədər təkcə bəxtlə deyil, bacarığımız sayəsində də qələbə qazanmağı öyrənəcəyik”. Apasport.az saytının məlumatına görə, bunu Belarus yığmasının qapıçısı Andrey Qorbunov deyib.

 

Martın 23-də Azərbaycan, 27-də isə Sloveniya ilə yoldaşlıq görüşü keçirən Belarus millisi hər iki qarşılaşmada müvafiq olaraq 1:0 və 2:0 hesablı qələbə qazanıb.

 

Toplanışı dəyərləndirən Qorbunov yerli mətbuata açıqlamasında komandasının hazırkı durumundan məmnunluq bildirib. 35 yaşlı qolkiper, xüsusən də, yığmamız üzərindəki qələbənin onlarda əhval-ruhiyyəni artırdığını söyləyib: “Komandamızın müsbət nəticə əldə etməsi üçün indi daha çox arzusu var. Azərbaycan üzərində qələbə hərtərəfli müsbət emosiyalar verdi. Bu hiss arzulardan irəli gəlirdi. Biz də yüksək nəticələr qazanmaq istəyirik. Əlbəttə ki, həm Azərbaycan, həm də Sloveniya ilə görüşdə kifayət qədər qol vəziyyətləri oldu. Baş məşqçimiz bu toplanışda yeni sistemləri yoxladı. Bunlara uyğunlaşmaq üçün vaxt lazımdı. Hər şey hələlik tam formalaşmasa da, nəticələr ürəkaçandı”.