[b]“Azərbaycan yığması daha dəyərlidi”[/b]
07.04.2018 - 22:18
[b]“Azərbaycan yığması daha dəyərlidi”[/b]

“Hər zaman deyirik ki, bir millət, iki dövlətik. Türk dünyasını biraraya gətirmək, ölkəmizi burda təmsil etmək çox gözəldi”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Türkiyə yığmasının baş məşqçisi Yücel Ocak deyib.

 

Bakıda keçirilən Türk Şurası Universitet İdman Oyunları çərçivəsində Azərbaycan millisinə 2:9 hesabı ilə yenilən türkiyəlilər turnirin ikincisi olublar.

 

Oyundan sonra Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə açıqlama verən Ocak bu sözləri deyib: “Bizim üçün yaxşı oyun oldu. Heyətimizi universitet tələbələrindən qurmuşuq. Türkiyədə 200-ə yaxın universitet var. Çalışdıq ki, bütün bölgələr bu komandada təmsil olunsun, Azərbaycanı tanısınlar, festivalda iştirak etsinlər. Erkən qollar buraxdıq. Bundan sonra oyun sistemimiz pozuldu. Azərbaycan yığması daha dəyərli, güclü komandadı. Qələbə münasibətilə təbrik, təşkilatçılıqda əməyi keçən hər kəsə təşəkkür edirik”.