[b]“Azərbaycan yığması yetərincə güclü rəqibdi”[/b] - FOTO
13.01.2016 - 11:21
[b]“Azərbaycan yığması yetərincə güclü rəqibdi”[/b] - FOTO

“AVRO-2016-nın final mərhələsində çox güclü qrupa düşmüşük. 1/4 finala vəsiqə uğrunda Azərbaycan və İtaliya kimi rəqiblərlə mübarizə aparacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiya milli komandasının futzalçısı Mihal Kovaç deyib.

 

26 yaşlı oyunçu fevralın 2-də start götürəcək futzal üzrə Avropa çempionatının final mərhələsi haqda fikirlərini açıqlayıb. Kovaç Azərbaycan və İtaliya ilə birgə yer aldıqları qrupda mübarizənin gərgin keçəcəyini düşünür: “Heç kim asan oyun gözlənir. Bilirik ki, həm Azərbaycan, həm də İtaliya yetərincə güclü rəqibdi. Lakin qarşımıza qoyulan vəzifə də aydındı. Qrupda ilk iki pillədən birini tutub, 1/4 finala vəsiqə qazanmalıyıq. Buna nail olduqdan sonra isə davamına baxarıq. Mümkün qədər yaxşı nəticə qazanmaq əzmindəyik”.

 

Qeyd edək ki, Serbiyadakı qitə çempionatı fevralın 2-dən 13-dək davam edəcək.

0