“Seçmə mərhələdə II turun oyunları keçiriləcək. Qrupda kimin daha şanslı olması haqqında danışmaq tezdi. Heç bir rəqibi hesabdan silmirik”. Apasport.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin futbolçusu Dario Srna deyib.
AVRO-2016-nın seçmə mərhələsində bu gün Bolqarıstanla qarşılaşacaq xorvatların yarımmüdafiəçisi oyundan öncə fikirlərini açıqlayıb. O, həmçinin qrupdakı komandalar haqqında da danışıb: “Xorvatiya millisi getdikcə daha yaxşı oyun göstərməyə başlayır. Hər kəs bizi qrupun 2 favoritindən biri sayır. Amma əsas oyunlar qarşıdadı. Biz indi sadəcə iki matçı düşünürük. Sofiyada Bolqarıstana qalib gəlib, doğma meydanda Azərbaycandan da 3 xal almaq niyyətindəyik. Hər iki oyun Fransada keçiriləcək final mərhələsinə getmək üçün vacibdi. Biz ardıcıl 2 qələbə qazana bilsək, özümüzə olan inamımız artacaq”.