AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya millisi Azərbaycan yığmasını qəbul edib. Apasport.az xəbər verir ki, millimiz üzərində 2:1 hesablı qələbə qazanan meydan sahiblərinin hücumçusu Sebastyan Covinko qarşılaşma haqqında fikirlərini bildirib.
O, İtaliya millisinin göstərdiyi oyuna görə sevindiyini dilə gətirib: “Qazandığımız qələbədən və göstərdiyimiz oyundan çox razıyam. Sevinirəm ki, gözəl oyunla lazımı qələbəni qazandıq. Hücumda Simone Zaza ilə birlikdə çox yaxşı çıxış etdik. Komandamıza kömək etdiyimizi düşünürəm. Antonio Kontenin milli komandaya gətirilməsi çox yaxşı oldu. O, burada çox yaxşı komanda qurub və İtaliya millisi özünü sübut edəcək. Biz qrupdan lider kimi çıxmaq istəyirik. Azərbaycan haqqında isə heç nə demək istəmirəm. Rəqibin nəyə qadir olduğunu özünüz gördünüz”.