[b]“Azərbaycan yığmasının oyununda ehtiyatlanırdım” – FİFA referisi[/b]
19.05.2016 - 18:30
[b]“Azərbaycan yığmasının oyununda ehtiyatlanırdım” – FİFA referisi[/b]

“Ulduz oyunçular hakimlər tərəfindən qorunmalıdılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın ən güclü futbol hakimi sayılan Simon Marçinyak deyib. 

 

FİFA referisi statusunu daşıyan Marçinyak millimizə də tanış hakimdi. Belə ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Portuqaliya – Azərbaycan matçını (3:0) məhz Marçinyak idarə edib. 

 

Ölkəsinin mətbuatına müsahibə verən təcrübəli referi ulduz futbolçuların hakimlər tərəfindən qorunmasının əleyhinə olmadığını bildirib. Söhbət əsnasında yığmamızın Portuqaliya ilə görüşünü yada salan Marçinyak matça çıxan ehtiyatlandığını vurğulayıb: “Levandovski, Ronaldo və Messi kimi oyunçular tez-tez zədə alırlar. Çünki onlar həmişə topla oynamaq arzusundadılar. Ancaq tez-tez zədələnmələri bu cür futbolçuları qıcıqlandırır. Futbolçu ehtiyatlananda topla istədiyi kimi davrana bilmir. Onda istər-istəməz zədələnmək, ayağından zərbə almaq qorxusu olur. Futbolçular ağıllı canavar kimidilər. Diqqət yetirirlər ki, hakim tərəfindən hamıya qarşı eyni rəftarın olub-olmadığını görsünlər. Bunun mənim əleyhimə olduğu gec-tez üzə çıxır. Portuqaliya – Azərbaycan oyununda ehtiyatlanırdım. Bu görüşü çox qiymətləndirirdim. İlk dəqiqələrdən məni xoşagəlməz halla üz-üzə qoya biləcək futbolçuları müəyyənləşdirdim və çətin durumda hansı aparıcı futbolçularla danışmaq lazım olduğunu özümdə təxmin etdim. Hakimlər fərqli olurlar. Bəziləri dərhal vərəqə göstərməyi, bəziləri isə danışıq apararaq, əsəbləri sakitləşdirməyi üstün tuturlar”.

 

Qeyd edək ki, 35 yaşlı Marçinyak 2011-ci ildən FİFA referisi adını daşıyır.

 

 

0