“Qazaxıstan yığmasında çalışmaq mənim üçün böyük məsuliyyət və şərəfdi. Belə vəzifəni bizə həvalə etdiyi üçün Qazaxıstan Futbol Federasiyasının rəhbərliyinə minnətdarlıq bildirirəm”. Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstan yığmasının baş məşqçisi Talqat Baysufinov deyib.
Martın 20-27-si tarixində Antalyada təlim-məşq toplanışı keçəcək Azərbaycan millisi hazırlıq zamanı bir yoxlama görüşündə qüvvəsini sınayacaq. Komandamız martın 26-da Qazaxıstan yığması ilə üz-üzə gələcək.
Qazaxıstan millisində baş məşqçi vəzifəsini müvəqqəti icra edən mütəxəssislərdən olan Baysufinov yerli mətbuata açıqlamasında Azərbaycanla oyun barədə fikirlərini də bildirib: “Yığma komanda hər zaman qələbə qazanmaq üçün meydana çıxmalıdı. Fərqi yoxdu yoxlama görüşü və ya rəsmi oyun. Azərbaycan və Gürcüstan yığmaları çox ciddi komandalardı. Onlara qarşı kompakt şəkildə müdafiə olunmalı və intizamlı oyun sərgiləməliyik”.
Qeyd edək ki, Qazaxıstan Gürcüstanla martın 29-da qarşılaşacaq.