“Heyətimiz yenidi. Buna rəğmən, Azərbaycanda tarix yazmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Fransanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Bernar Diomed deyib.
Bakıda keçirilən 17 yaşadək yığmaların Avropa çempionatında Fransa millisi ilk görüşünü bu gün keçirəcək. Bakı vaxtı ilə saat 19:00-da start götürəcək matçda “xoruzlar” Danimarka ilə üz-üzə gələcəklər.
Bu oyunla bağlı ölkəsinin mətbuatına açıqlama verən Diomed iddialı danışıb: “Məqsədimizə çatmaq üçün olduqca dəqiq və ehtiyatlı olmalıyıq. Vaxtilə bu yarışa baş məşqçi kimi qatılmış həmkarlarımla danışmaq imkanım olub. Onlardan finala gedən yolun sirlərini öyrənmişəm. Çox ciddi turnirə qatılmışıq. Qarşımıza qoyulan hədəfə çatmalıyıq. Bu, uzunmüddətli prosesdi. Oyunçularıma inanıram. Tarix yazmaq üçün, ilk növbədə, uğurlu start etməliyik. Bunun üçün isə Danimarkaya qalib gəlmək lazımdı”.
Qeyd edək ki, fransızlar C qrupunda Danimarka ilə yanaşı, İngiltərə və İsveç yığmaları ilə də qarşılaşacaqlar.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı