“Srvena Zvezda”da rəsmi debütüm öncəsi həyəcan hiss etmirdim. Çünki hələ Türkiyədə oynadığım vaxt azarkeş təzyiqi altında oynamağa öyrəşmişdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin sabiq futbolçusu Deyan Kelhar deyib.
Ötən ay Azərbaycanı tərk edən müdafiəçi Serbiyanın ən titullu klubu “Srvena Zvezda”ya keçmişdi.
Superliqanın “Yavor”la görüşündə ilk rəsmi matçına çıxan Kelhar 90 dəqiqə oyandığı matçdan sonra Belqrad təmsilçisinə keçdiyinə peşman olmadığını açıqlayıb: “Düşünürəm ki, yeni komandamın oyununda inkişaf var və biz qələbəyə layiq idik. Qarşılaşmadan əvvəl baş məşqçimiz mənimlə söhbət etmişdi. Debüt üçün nə dərəcədə hazır olduğumla maraqlanmışdı. İlk oyunumun nəticəsi də uğurlu alındı. Azərbaycandan gedəndən sonra məhz “Srvena Zvezda”ya keçməklə bağlı düzgün qərar verdiyimi düşünürəm”.
Qeyd edək ki, 2:1 hesabı ilə qalib gələn “Srvena Zvezda” çempionatda liderliyi ələ alıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”