“Hamı bu turniri həyəcanla gözləyir. Azərbaycan UEFA ilə birlikdə böyük iş görüb. Gözəl təşkilatçılıq var”. Apasport.az saytının məlumatına görə, bunu 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatı öncəsi təşkil edilən mətbuat konfransında İngiltərə millisinin baş məşqçisi Stiven Kuper söyləyib.
Sabah komandasını İsveçlə görüşə çıxaracaq Kuper mətbuat konfransında turnirlə bağlı fikirlərini açıqlayıb: “Bakının otel, məşq meydançaları çox gözəldi. Müxtəlif meydançalarda məşq keçdiyimiz üçün Bakını görmək imkanımız olub. Bizim futbolçular üçün Azərbaycanın adət-ənənələri ilə tanış olmaq çox önəmlidi. Belə turnirlərdə həmişə həm favoritlər, həm də zəiflər olur. Mən öz komandamdan razıyam. Gözləntilərim böyükdü. Hədəfimiz kuboku qazanmaqdı”.
Qeyd edək ki, ingilislərin yer aldıqları C qrupundakı digər rəqibləri Fransa və Danimarka milliləridi.