Yunanıstan mətbuatı yerli komandaların 2015/16 mövsümündə Avrokubokdakı çıxışını dəyərləndirib. Apasport.az saytı xəbər verir ki, yerli KİV iki komandanın mübarizəni dayandırmasının səbəbi kimi Azərbaycan təmsilçisi “Qəbələ”ni göstərib.
Ümumiyyətlə, həmkarlarımız klublarının cari mövsümdə Avrokubokdakı çıxışını qənaətbəxş saymayıblar. Çünki yarışa qoşulan 5 komandadan yalnız 1-i mübarizəni davam etdirir. O da Çempionlar Liqasının qrup mərhələsində 3-cü yeri tutaraq, Avropa Liqasının 1/16 final mərhələsinə yollanan “Olimpiakos”du.
“Atromitos” və “Panatinaikos” Avropa Liqasının “pley-off”, PAOK-la “Asteras” isə qrup mərhələsində mübarizəni dayandırıblar.
Yunan mətbuatı həmin 4 komandadan ikisinin Avrokubokla vidalaşmasının günahını “Qəbələ”də görüb: “Panatinaikos” Çempionlar Liqasından Avropa Liqasına yuvarlananda onun qrup mərhələsinə vəsiqə qazanacağına şübhə yox idi. Lakin gözlənilmədən Azərbaycan təmsilçisi “Qəbələ” güclü rəqibinin qarşısını ala bildi. Xüsusən də, Yunanıstandakı qollu bərabərlik “Panatinaikos”un sonunu gətirdi. Azərbaycan komandası qrupda da PAOK-a rəqib oldu. Təəssüf ki, Saloniki təmsilçisinə də məhz “Qəbələ” mane oldu. Çünki bu komanda ilə hər iki görüşdə qeydə alınan heç-heçə sayəsində PAOK önəmli 4 xal itirdi və ilk iki yerdən uzaq düşdü. Burdan belə bir qənaətə gəlmək olar ki, Azərbaycanın bir komandası bizim iki klubumuzu mübarizədən kənarlaşdırdı”.
Qeyd edək ki, “Qəbələ” bu mövsüm həm “Panatinaikos” (0:0, 2:2), həm də PAOK-la (0:0, 0:0) keçirdiyi hər iki oyunda heç-heçə edib.
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya