[b]“Azərbaycanla eyni qrupa düşdüyümüzə sevinirəm” - Skot Qemmill[/b]
08.04.2016 - 13:23
[b]“Azərbaycanla eyni qrupa düşdüyümüzə sevinirəm” - Skot Qemmill[/b]

“Burda olduğumuz üçün çox şadıq. Hər şey qaydasındadı. Turnirə yüksək səviyyədə hazırlaşırıq. Fikrimiz yalnız gələn aydakı yarışa yönəlib”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şotlandiyanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Skot Qemmill deyib.

 

Avropa çempionatının final mərhələsində yığmamızla eyni qrupda çıxış edəcək şotlandların çalışdırıcısı şansları dəyərləndirib: “Yəqin ki, Azərbaycanın motivasiyası yüksək səviyyədə olacaq. Yerli komanda olduqları üçün daha hazırlıqlıdılar. Belə komanda ilə eyni qrupa düşdüyümüz üçün çox sevinirəm”.

 

Qemmill Portuqaliya və Belçikanı qrupun favoriti hesab etmir: “Portuqaliya və Belçikanın qrupun favoriti olması fikri ilə razı deyiləm. Çünki final mərhələsinə vəsiqə qazanan hər bir komanda burda yüksək səviyyədə iştirak etməyə hazırdı. Buna görə də, hər şey baş verə bilər”.

0