[b]“Azərbaycanla müqayisə etsək, Gürcüstan futbolçuları daha güclüdü”[/b]
30.03.2016 - 10:30
[b]“Azərbaycanla müqayisə etsək, Gürcüstan futbolçuları daha güclüdü”[/b]

“Gürcüstanla oyunumuz yaxşı alındı. Bundan əvvəl qarşılaşdığımız Azərbaycan millisi ilə müqayisə etsək, Gürcüstan yığmasının futbolçuları daha güclüdü”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstan millisinin futbolçusu Samat Smakov deyib.

 

Dünən Gürcüstana qarşı keçirilən matçdan (1:1) sonra təcrübəli futbolçu yoxlama oyunlarındakı son iki rəqibi müqayisə edib. O, Azərbaycan yığması ilə martın 26-da baş tutan matçı xatırlayıb, bu dəfəki rəqibin daha güclü olduğunu bildirib:

 Rəqibimizin demək olar ki, bütün oyunçuları ölkə xaricində çıxış edir. Onların bəziləri Rusiyada, çoxu Avropada oynayır. Bu üzdən də görüş də maraqlı alındı. Azərbaycanla matçda da yaxşı oynayıb, qalib gəlmişdik. Bu dəfə də pis futbol nümayiş etdirmədik”.

 

Qeyd edək ki, Azərbaycan Qazaxıstana Antalyada keçirilən yoxlama matçında buraxdığı erkən qolla uduzmuşdu – 0:1.