“Azərbaycanla oyunumuz İsveçlə yoxlama görüşü ilə müqayisədə daha çətin olacaq. Çünki bu qarşılaşma seçmə mərhələnin görüşüdü”. Apasport.az saytının məlumatına görə, bu sözləri Norveç millisinin futbolçusu Even Hovland deyib.
26 yaşlı mərkəz müdafiəçisi AVRO-2016-nın seçmə mərhələsinin Azərbaycan yığması ilə sabah Osloda keçiriləcək oyunu haqda fikirlərini açıqlayıb. Hovland qarşılaşmaya 3 xal iddiası ilə çıxacaqlarını bildirib: “Azərbaycanla matç nə qədər çətin olsa da, 3 xal qazanıb, yolumuza davam etməyi düşünürük. Təbii ki, öz meydanımızda oynadığımızdan 3 xal əldə etmək üçün mübarizə aparmalıyıq. Düşünürəm ki, biz bunu bacararıq. Lakin qarşılaşmanın asan olacağını düşünməməliyik. Start heyətdə yer alıb-almayacaöğımı bilmirəm. Buna baş məşqçi qərar verəcək. Lakin şans qazansam, qələbə üçün bütün bacarığımı ortaya qoyacam”.
Qeyd edək ki, Almaniyanın “Nürnberq” klubunda çıxış edən Hovland 2012-ci ildən Norveç millisinin şərəfini qoruyur.