[b]“Azərbaycanla oyundakı xal itkisi bizə baha başa gəldi”[/b]
05.09.2017 - 18:56
[b]“Azərbaycanla oyundakı xal itkisi bizə baha başa gəldi”[/b]

“Qarşımıza qoyulan tapşırığı yerinə yetirə bilmədik. Buna görə də, məyusuq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Çexiya yığmasının futbolçusu Filip Novak deyib.

 

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqiblərindən olan çexlər Şimali İrlandiyaya 0:2 hesabı ilə uduzublar. Bununla da, onlar mundiala yollanmaq şanslarını itiriblər.

 

Matçdan sonra ölkəsinin mətbuatına açıqlama verən 27 yaşlı müdafiəçi bunları deyib: “Uğursuz nəticələrdən sonra mundiala çıxmaq şansımız qalmadı. Nə etmək olar, artıq irəliyə baxmaq lazımdı.

Şimali İrlandiya və Azərbaycanla ev oyunlarında xal itkilərinə yol verdik. Həmin görüşlərdə itirdiyimiz 4 xal bizə baha başa gəldi. Həmin xallar bizim olsaydı, mübarizəni sona qədər davam etdirə bilərdik”.

 

Qeyd edək ki, Filip Novak 2015-ci ildən Çexiya yığmasının formasını geyinir.