[b]“Azərbaycanlı” futbolçunun menecerinə 200 minlik borc[/b]
10.05.2018 - 09:44
[b]“Azərbaycanlı” futbolçunun menecerinə 200 minlik borc[/b]

“Trabzonspor”un yeni prezidenti Ahmet Ağaoğlu əvvəlki rəhbərliyin borcunun çoxluğundan şikayətlənib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, onu ən çox narahat edən məsələ futbolçuların menecerlərinə olan borclardı.

 

Ağaoğlunun araşdırması nəticəsində məlum olub ki, menecerlərin klubdan ümumilikdə 56 milyon lirə alacağı var. Maraqlıdı ki, pulunu tam almayan 38 futbolçu arasında Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın da adı yer alır. Milliləşdirilmiş futbolçunun 2014-cü ildə “Elazığspor”dan transferi zamanı onun menecerinə olan 200 min lirəlik borc hələ ödənilməyib.

 

Klub prezidenti yenidən avrokuboklardan kənarlaşdırma cəzası alacaqlarını istisna etməyib. O, hətta xallarının silinməsi və ya aşağı liqaya göndərilmə ehtimalının olduğunu da vurğulayıb.

 

Qeyd edək ki, Dəniz Yılmaz bu ilin əvvəlində “Bursaspor”dan “Gənclərbirliyi”nə keçib.