“FİFA mənə çox ağır cəza verib. Dünya futbolunda analoji hərəkətə görə belə cəza heç vaxt olmayıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri Norveç yığmasının futbolçusu Ole Selnaes deyib.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə Bakıdakı görüşdən sonra hakimin ünvanına təhqiramiz söz işlədən 22 yaşlı yarımmüdafiəçi ağır cəzaya məruz qalıb. “Sent-Etyen”in üzvü milli komandanın heyətində 11 ay meydana çıxa bilməyəcək.
Bununla bağlı ölkəsinin mətbuatına açıqlama verən Selnaes hakimi təhqir etmədiyini bildirib. O qeyd edib ki, laynsman tuneldəki səs-küyə görə onu düz başa düşməyib: “Oyun bitən kimi meydanı tərk etdim və tunelə tərəf yollandım. Laynsman da orda idi. Onun yanından keçib paltardəyişmə otağına gedəndə dedim ki, hər şeyə görə fit çalırdız, sanki vanna otağında idiniz. Yalnız bu sözləri demişəm. Yanımda başqa adamlar da var idi. Sözlərimin dəqiq eşidib-eşidilmədiyinə mən cavabdeh deyiləm. Həmin vaxt azərbaycanlı futbolçular qələbəni bayram edirdilər. Onların və stadion işçilərinin qışqırığından tuneli səs bürümüşdü. Yəqin buna görə sözlərimi düz başa düşməyib. Yenə də üzr istəyirəm. Digər tərəfdən bizim əleyhimizə cərimə zərbəsi təyin olunanda çox əsəbləşmişdim”.
Qeyd edək ki, Selnaes Avropa Liqasının qrup mərhələsinin “Qəbələ” ilə Bakıda keçiriləcək matçında iştirak etmək üçün bu gün Bakıya gələcək.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə