[b]“İtaliya çempionatında babam da oynayar”[/b]
10.05.2015 - 14:22
[b]“İtaliya çempionatında babam da oynayar”[/b]

Hücumçu Antonio Kassano gələcək planları haqqında danışıb. Apasport.az saytının məlumatına görə, futbol üçün darıxdığını bildirən Kassano bu yay yenidən böyük futbola qayıtmaq istədiyini deyib:

 

“Çox istərdim ki, “Sampdoriya”da  yeni bir şans qazanım, ancaq düşünürəm ki, bu mümkün olmayacaq. Eşitdiyim görə onlar daha çox müdafiəçi axtarışdadılar. Mənim isə ampluamı dəyişmək fikrim yoxdur”.

 

Braziliya, Dubay və Amerikadan təkliflər aldığını bildirən İtaliya millisinin keçmiş üzvü əsl futbolun Avropada oynandığını qeyd edib:

 

“Yeri gəlmişkən deyim ki, İtaliyada futbol hazırda o vəziyyətdədir ki, hətta babam da rahatlıqla bu çempionatda oynaya bilər. Hər şeyin bu templə davam etməsi halında “Yuventus” yəqin ki növbəti 10 ildə də çempion olacaq”.

 

Xatırladaq ki, Kassano qışda “Parma” ilə olan müqaviləsini pozaraq azad agentə çevrilmişdi və o vaxtdan bəri klubsuzdu.