[b]“Bakı” nə Zaqatalaya gedib, nə də avtobusu qəzaya uğrayıb[/b]
14.05.2015 - 12:47
[b]“Bakı” nə Zaqatalaya gedib, nə də avtobusu qəzaya uğrayıb[/b]

Topaz Premyer Liqası klublarının əvəzedici komandaları arasında keçirilməli olan bir oyun baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, XXXIV turun açılış matçında “Simurq”la qarşılaşmalı olan “Bakı” Zaqatalaya getməyib.

 

Bunu saytımıza açıqlamasında “Bakı”nın əvəzedicilərinin baş məşqçisi Məqsəd Yaqubəliyev də təsdiqləyib. O bildirib ki, səfərə yollanmamaqlarının səbəbi maliyyə problemidi: “Hazırda bazadayıq, bir qədər əvvəl məşqdən çıxmışıq. Bilirik ki, bu gün oyunumuz var idi. Ancaq Zaqatalaya gedə bilmədik. Səbəbi də hamıya məlumdu. Klubda maliyyə problemi var”.

 

Qeyd edək ki, “Bakı” klubunun vitse-prezidenti Yaşar Seyidov mətbuata açıqlamasında əvəzediciləri Zaqatalaya aparan avtobusun yolda qəzaya uğradığını və oyunun təxirə salınması üçün PFL-ə müraciət etdiklərini bildirmişdi. PFL isə bu müraciəti qəbul etmədiyi üçün “Bakı”ya texniki məğlubiyyət veriləcək.