“Biz yaxşı oyunçulara malik və çətin komanda ilə görüşəcəyimizi bilirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Dnepr”in futbolçusu Bruno Qama deyib.
Portuqaliyalı yarımmüdafiəçi Avropa Liqasının IV turunda Bakıda “Qarbağ”ı 1:2 hesabı ilə məğlub etmələrindən danıb: “Təəssüf ki, ev matçında qazana bimədik. Bu, mümkün olmadı, lakin biz mübarizə üçün hazırlaşdıq. Bakıda “Qarabağ”a qalib gəlməyi bacardıq və yenə də qrupdan çıxmaq üçün döyüşəcəyik. Tribunalarda azarkeşlərin çox olması motivasiyanı da artırır”.
Qeyd edək ki, Bruno Qama Bakıda meydan start heyətdə çıxmışdı. O, 85 dəqiqə mübarizə apardıqdan sonra Yevgeni Şaxovla əvəzlənib.