Çempionlar Liqasının yarımfinal mərhələsində bir-birilərinə rəqib olan “Barselona” ilə “Bavariya” cəbhəsini indidən həyəcan bürüyüb. Apasport.az saytı xəbər verir ki, hər iki tərəf püşkatmanın nəticəsindən narazı görünür.
Uzun illər “Barselona”nın kapitanlığını etmiş, baş məşqçi kimi də burda tarixi uğurlara imza atmış “Bavariya”nın çalışdırıcısı Pep Qvardiola doğma komandasına rəqib olduğu üçün həyəcanlı olduğunu bildirib: “Bu, mənim üçün tam fərqli oyun olacaq. Barselona mənim evimdi. Bu komanda ilə oyunlar mənimlə yanaşı, Tiaqo üçün də əlamətdar olacaq. “Barselona” ilə matçlarda “Porto” ilə ilk görüşdəki səhvləri təkrarlamamalıyıq”.
“Barselona”nın baş məşqçisi Luis Enrike isə cütlüklə bağlı qısaca bu fikirləri səsləndirib: “Həyatımda ilk dəfə Qvardiolaya qarşı mübarizə aparacam, o da “Barselona”ya qarşı. Bir sözlə, bu oyunlar hər iki tərəf üçün xüsusi olacaq”.