“Barselona” CAR-da yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, görüş bu ölkənin əfsanəvi mərhum prezidenti Nelson Mandelanın anadan olmasının 100 illiyinə həsr olunacaq.
Katalonların rəqibi CAR-ın ən titullu klubu və hazırkı çempionu “Mamelodi Saundaunz” olacaq.
İspaniya mətbuatı iddi edir ki, mayın 16-da Yohanessburqun “Fest Neşnl Bank” arenasında keçiriləcək görüş “Barselona”nın heyətində kapitan Andreas İnyesta üçün sonuncu olacaq.
İddiaya görə, matçın məkanı da təsadüfi seçilməyib. Belə ki, DÇ-2010-nun final oyununda məhz həmin stadionda İspaniya yığması İnyestanın qolu ilə Hollandiyaya qalib gəlmiş və dünya çempionu olmuşdu.