[b]“Barselona” axtardığı müdafiəçini tapdı[/b]
27.04.2016 - 12:27
[b]“Barselona” axtardığı müdafiəçini tapdı[/b]

“Barselona” rəhbərliyi mövsümün sonunda komandanın müdafiə xəttini gücləndirmək niyyətindədi. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin transfer siyahısındakı ilk futbolçu PSJ-nin braziliyalı üzvü Tiaqo Silvadı.

 

31 yaşlı oyunçu ilə danışıqlara start verilib. “Barsa” ilk olaraq, PSJ-nin digər futbolçusu Markinyosla maraqlansa da, baş məşqçi Luis Enrike rəhbərliklə söhbətində Silvanın alınmasını tələb edib.

 

O, müdafiənin daha etibarlı çıxış etməsi üçün Xerard Pike – Tiaqo Silva tandeminə sahib olmalı olduqlarını bildirib.

 

“Barselona” bir müddət öncə də “sambaçı”nı heyətinə qatmaq istəmiş, lakin həmin vaxt bu keçid baş tutmamışdı.

 

Qeyd edək ki, 2012-ci ildən PSJ-nin formasını geyinən Silva bu komandanın heyətində 148 oyunda 9 qola imza atıb. 

0