[b]“Barselona” Dembeleni icarəyə verir[/b]
30.04.2018 - 17:47
[b]“Barselona” Dembeleni icarəyə verir[/b]

“Barselona”nın hücumçusu Usman Dembele növbəti mövsümü başqa klubda keçirə bilər. Apasport.az saytının “El Mundo Deportivo”ya istinadən məlumatına görə, katalon klubunun rəhbərliyi fransız futbolçu üçün icarə variantını gözdən keçirir. Oyunçunun satışından söhbət gedə bilməz.

 

“Barselona” Dembelenin müntəzəm oyun təcrübəsi qazanmasını istəyir, ancaq “Atletiko”dan Antuan Qrizmannın transfer edilməsi halında, bu, mümkünsüz olacaq.

 

Dembelenin “Atletiko”, “Arsenal” və “Liverpul”dan birinə icarəyə veriləcəyi gözlənilir.

 

Qeyd edək ki, ötən yay 105 milyon avro qarşılığında (əlavə 40 milyon avro bonus da nəzərdə tutulub) Dortmund “Borussiya”sından transfer edilən Usman Dembele La Liqada meydana çıxdığı 14 matçda 1 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

0