“Tottenhem”in hücumçusu Harri Keyn daha bir Avropa nəhənginin maraq dairəsinə düşüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu uğrunda “Real”la mübarizəyə əzəli rəqibi “Barselona” da qoşulub.
Kataloniya klubunun idman direktoru Roberto Fernandes Çempionlar Liqasının III turunda keçirilən “Real” - “Tottenhem” (1:1) matçını “Santyaqo Bernabeu” stadionundan canlı izləyib. Fernandesin məqsədi Keynlə yanaşı, yarımmüdafiəçi Kristian Eriksenin oyununa baxmaq olub. “Barselona” rəhbərliyi danimarkalı pleymeykeri “Liverpul”un lideri Koutinyoya alternativ hesab edir.
Qeyd edək ki, Harri Keyn üçün bir müddət əvvəl “Real”dan təklif alan “Tottenhem” hücumçunun qiymətinin 200 milyon funt-sterlinq olduğunu bəyan edib.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu