[b]“Barselona” Koutinyoya sərvət ödəməyə razıdı[/b]
21.12.2017 - 00:01
“Liverpul”la “Barselona” Filip Koutinyonun keçidi haqqında razılığa gələ biliblər. Apasport.az saytının məlumatına görə, bu iddia ilə İspaniyanın məşhur “sport.es” portalı çıxış edib.
Bildirilib ki, katalonlar braziliyalı üçün “Liverpul”a 150 milyon avro ödəməyə razıdılar. Onun özü ilə isə 5 illik müqavilə imzalanacaq. Koutinyo “Barselona”da ilinə 12 milyon avro qazanacaq.
Son günlər futbolçunun agentləri İspaniyada olublar və klubla danışıqlar aparıblar.
Qeyd edək ki, Koutinyo bu mövsüm meydana çıxdığı 17 oyunda 10 qol vurub, 7 dəfə isə məhsuldar ötürmə ilə yadda qalıb.
0
0