[b]“Barselona” üçün “lənətlənmiş” mərhələ[/b]
11.04.2018 - 01:35
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda səfərdə “Roma”ya uduzan “Barselona” mübarizəni dayandırıb. Apasport.az saytının məlumatına görə, ilk görüşdə doğma meydanda 4:1 hesablı qələbə qazanmış kataloniyalılar səfərdə lazımi nəticəni əldə edə bilməyərək, turnirlə vidalaşmalı olub.
Maraqlıdır ki, “Barsa” ardıcıl 3 ildir məhz bu mərhələdə “ilişir”. Ötən il “Yuventus”a boyun əyən komanda (0:3; 0:0), bir öncəki il “Atletiko” ilə bacarmamışdı (2:1; 0:2).
0
0