Futzal üzrə UEFA kubokunun elit-raundunda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, İspaniyada təşkil olunan turnirdə D qrupunun I turuna yekun vurulub.
Meydan sahibi “Barselona” Macarıstannın “Beretyouyfolu” klubu ilə qarşılaşıb. Görüşdə Kataloniya təmsilçisi 4:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, D qrupunun digər matçında Ukrayna “Lokomotiv”i ilə İngiltərənin “Baku Yunayted” klubu münasibətlərinə aydınlıq gətirib. Oyun xarkovluların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Turnirdə mübarizə aparan təmsilçimiz “Araz” isə keçirdiyi 2 görüşdə də məğlub olub. Komandamız əvvəlcə “Slov-Marik”ə 3:4, “Dina”ya isə 4:5 hesabı ilə uduzub.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı