[b]“Barselona”dan 25-ci çempionluq[/b]
30.04.2018 - 00:34
“Barselona” İspaniya La Liqasında çempionluğu rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Kataloniya klubu XXXV turda “Deportivo” ilə səfər matçında buna nail olub.
Belə ki, rəqibi üzərində 4:2 hesablı qələbə qazanan Ernesto Valverdenin yetirmələri sona 4 oyun qalmış rəqibləri üçün əlçatmaz olub. Bu, “Barsa”nın tarixində 25-ci çempionluq olub. Bu mövsüm İspaniya Kral Kubokunu da qazanan kataloniyalılar “qızıl dubl” ediblər.
“Deportivo” isə “Malaqa” və “Las Palmas”dan sonra elitanı tərk edən 3-cü komanda olub.
0
0